Bahar Muradova bir sıra QHT rəhbəri ilə görüşüb

6 aprel 2022

Paylaş:

6 aprel 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Təmiz Dünya" Qadınlara Yardım İB-nin sədri Mehriban Zeynalova, Azərbaycan Uşaqları İB-nin sədri Kəmalə Ağazadə və “Gəncə Regional Qadın Mərkəzi” İB-nin sədri Məleykə Əlizadə ilə görüşüb.
Görüşdə Komitənin fəaliyyət istiqamətləri ilə bağlı mümkün əməkdaşlıq məsələləri müzakirə olunub və birgə fəaliyyət imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Müzakirə zamanı vətəndaş cəmiyyəti institutlarının Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzləri, Resurs Mərkəzləri, o cümlədən Komitə yanında İctimai Şura ilə müxtəlif layihələrdə iştirak edərək, çətin şəraitdə olan vətəndaşların problemlərinin həllinə birgə erkən müdaxiləyə dair təkliflər səsləndirilib.
Sonda Komitə sədri Bahar Muradova təşəbbüsə görə təşəkkürünü bildirərək, bu görüşün birgə fəaliyyətin daha səmərəli təşkil olunmasına töhfə verəcəyinə inamını ifadə edib.