Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin bu dəfəki qonaqları Əliyevlər ailəsidir
Paylaş:
“Torpağa bağlı və torpaq sevən, torpağı əkib-becərməyin bütün sirlərini bilən sadə bir kənd adamıyam. Övladlarıma öyrədirəm ki, insan gərək hər bir çətinliyə dözsün, əməyi sevsin, hər zəhmətə qatlaşsın.” – bu sözləri uzunömürlü ailənin başçısı Qaraş Əliyev demişdi.
Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin bu dəfəki qonaqları Yardımlı rayonun Dağüzü kənd sakinləri Əliyevlər ailəsidir.
Əliyevlər ailəsinin təməli, kənd sakinləri Qaraş Burcəli oğlu Əliyev və Gülqız Əhəd qızı Abdulova arasında 10 yanvar 1960-ci ildə Yardımlı rayonunda bağlanmış nikah əsasında qoyulmuşdur.
Ailənin başçısı Qaraş baba 20 avqust 1937-ci ildə Yardımlı rayonunun Dağqüzü kəndində anadan olmuş, uzun illər kənddə elektrik montyoru işləmiş, təqaüdçü olmuşdur. Ailənin xanımı Gülqız Əhəd qızı Abdulova isə 12 fevral 1940-cı ildə Yardımlı rayonunda anadan olmuşdur. O, əmək fəaliyyətinə kalxozda tütünçü olaraq başlamış, daha sonra uzun illər Yardımlı rayonunda Xalçaçılıq sexində xalçaçı işləmişdir. Hal-hazırda təqaüdçüdür.