31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib

1 aprel 2022

Paylaş:

Regionlarda fəaliyyət göstərən Qəbələ, Saatlı, Goranboy və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib.
Tədbirlərdə soyqırıma məruz qalan qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hər bir tədbirdə iştirakçılara soyqırım gününün mahiyyəti barədə geniş məlumat verilib, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilən bu hadisələrin Azərbaycan tarixinin ən faciəli səhifələrindən olduğu qeyd edilib və törətdikləri soyqırımın tarixi və xalqımızın üzləşdiyi soyqırımların təkrarlanmaması üçün daim yaddaşlarda yaşadılması haqqında uşaqlara tariximizi dərindən öyrənməyə, soyqırım qurbanlarını unutmamağa çağırıblar.
Tədbirlərdə 107 uşaq iştirak edib və vətənpərvərlik mövzusunda şeirlər söyləyib, kompozisiyalar nümayiş etdiriblər.