Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Reproduktiv sağlamlıq” mövzusunda dəyirmi masa keçirildi

10 mart 2016

Paylaş:

Martın 10-da Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən N. Gəncəvi adına 5 saylı şəhər orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Reproduktiv sağlamlıq” mövzusunda dəyirmi masa keçirildi.  Tədbirdə uşaqların yetkinlik dövrünü sağlam keçirmələri üçün onlara siqaret, narkotik və digər zərərli vərdişlərdən uzaq durmaları, şəxsi gigiyenaya əməl etmələri, aktiv həyat tərzi keçirmələri və s. kimi lazımi məsləhətlər verildi. Uşaqlara həmçinin reproduktiv hüquqlar barədə də məlumatlar verildi.