8 Mart -Beynəlxalq Qadınlar Günüdür

8 mart 2022

Paylaş:

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi adından Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir,möhkəm can sağlığı, ailə rifahı və sevinc dolu günlər, yeni-yeni nailiyyətlər arzulayırıq!
Azərbaycan qadını incəlik, vəfa, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan “Qadın” sözünün əzəmətini layiqincə qoruyur. Siz, Vətən Müharibəsi illərində misilsiz mətanət, fədakarlıq, iradə nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədikləri və
yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmisiniz.
Azərbaycan qadınları cəmiyyətimizin həyatına bundan sonra da yüksək dəyərlər qazandıracaq, bizi qarşıda gözləyən nəhəng quruculuq dövründəki nailiyyətləri ilə müstəqillik salnaməmizə yeni parlaq səhifələr yazacaqdır.
Qoy günəş hər zaman yolunuza işıq saçsın, sevgi qəlblərinizi nurlandırsın,doğma və yaxınlarınızın sevgisi sizin tükənməz enerji mənbəyiniz olsun! Sizin zərifliyiniz, mehribanlığınız və müdrikliyiniz ailə ocağınızın və səadətinizin etibarlı mühafizəçisi olsun.
Bayramınız mübarək!!!