“Sağlam ətraf mühit və sağlam həyat tərzi ” mövzusunda növbəti tədbir keçirilib

11 mart 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin davamı olaraq, 10 mart 2022-ci il tarixində Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində şagird və müəllim heyətinin iştirakı ilə “Sağlam ətraf mühit və sağlam həyat tərzi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova çıxış edərək yeniyetmə və gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində Komitə tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərindən, sağlam ətraf mühitin insanın həyatına, səhhətinə təsirindən, ekoloji mədəniyyətdən, sağlam həyat tərzinin vacibliyindən danışıb.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinın həkim-metodisti Ulkər Camalova çıxış edərək, ziyanlı vərdişlərin fəsadlarından və insan sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışaraq iştirakçılara geniş məlumat verib.
Müzakirələrlə davam edən tədbirdən 60 nəfər faydalanıb.