Regionlarda qadınların məşğulluğunun artırılması məqsədilə tədbirlər keçirilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qadınların məşğulluq imkanlarının artırılması, onlar arasında kiçik sahibkarlığın inkişaf etdirilməsi, peşə hazırlıqlarının təkmilləşdirilməsi, evdar qadınların və işsiz gənclərin işlə təmin olunmasına köməklik göstərilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Bu istiqamətdə Komitənin nəzdində fəaliyyət göstərən Goranboy, Ağdam, Sabirabad, Zərdab və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzləri kənd və qəsəbələrdə icmadan olan qadınlar, mərkəzlərin benefisiarları üçün aktiv məşğulluq tədbirləri, maarifləndirici təlimlər keçirib, tikiş fabrikində çalışan qadınlarla görüşüblər.
Tədbirlər zamanı iştirakçılara CV yazmaq, informasiya texnologiyalarından istifadə və biznes planların hazırlanma qaydaları izah edilib, peşə məktəblərində olan kurslar barədə məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.