“Birlikdə faydalanaq “ layihəsinə start verilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Birlikdə faydalanaq” adlı yeni layihəyə start verir.
Layihənin əsas məqsədi, ailədaxili münasibətlərdə yaşanan psixoloji dəyişikliklər, ailə dəstəyinin önəmi, valideyn-uşaq münasibətlərində inkişaf dinamikasının izlənməsi, vətəndaşların hüquqi maariflənməsi, həmçinin müasir dövrdə ailələri narahat edən digər aktual mövzularla bağlı mütəxəssislərin iştirakı ilə müzakirələrin təşkil olunmasıdır.
Vətəndaşlar layihə çərçivəsində mütəxəssislərlə onlayn görüş, diskussiya aparmaq imkanı əldə edəcəklər.
Layihənin ilk canlı görüşü “Ailənin psixoloji iqlimi” mövzusuna həsr olunacaq.
Görüş mart ayının 11-də saat 12:00-da Komitənin rəsmi Facebook səhifəsində canlı yayımlanacaq.