8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində “Özünü sev və qoru” adlı ödənişsiz tibbi müayinə aksiyası keçirilib
Paylaş:
2-4 mart 2022-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində aztəminatlı, tənha analar üçün ödənişsiz tibbi müayinə aksiyası keçirilib.
Aksiyanın həyata keçirilməsində əsas məqsəd mütəmadi olaraq aztəminatlı ailələrə diqqət və qayğının göstərilməsi, əhali arasında profilaktik müayinə mədəniyyətini və sağlam həyat tərzini təbliğ etməkdir. Sağlam Ailə Tibb Mərkəzində keçirilən aksiyada Dövlət Komitəsinə müxtəlif zamanlarda müraciət etmiş 26 vətəndaş (qadın) yüksək ixtisaslı həkimlər tərəfindən göstərilən tibbi müayinədən yararlanıb.
Eyni zamanda Tibb Mərkəzi tərəfindən aksiyada iştirak edən xanımlara ödənişsiz analiz tibbi kartları və Dövlət Komitəsi tərəfindən çap edilmiş maarifləndirmə vəsaitləri təqdim olunub.