8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə regionlarda tədbirlər keçirilir

5 mart 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Ağdam, Sabirabad, Saatlı, Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib, mərkəzlərin əməkdaşları və könüllülər rayonların kənd və qəsəbələrində icma daxilində Vətən müharibəsi iştirakçılarının ailələrini, eləcə də risk qrupuna aid olan aztəminatlı, çoxuşaqlı və məişət zorakılığından zərər çəkmiş qadınları ziyarət ediblər.
Saatlı rayonunda isə Saatlı UADM və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində məktəbli qızlar arasında intellektual bilik yarışı keçirilib. Yarışda kənd məktəblərindən təşkil olunmuş, qızlardan ibarət 8 komanda iştirak edib. Bilik yarışının yekun nəticələrinə əsasən,I, II, III yerin qaliblərinə mükafatlar təqdim olunub.