Bahar Muradova şəhid uşaqları ilə görüşüb
Paylaş:
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova növbəti dəfə Vətən müharibəsi şəhidi İlkin Əhədzadənin ailəsində olub, onun bizə əmanəti olan övladları Fidan və Ləmanı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, onlarla maraqlı bir gün keçirib.
Qeyd edək ki, Dövlət Komitəsinin sədri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və AzTV-nin “Tut əlimdən” layihəsində iştirak etmişdir.
Dövlət Komitəsi şəhid və qazi ailələrini hər zaman diqqətdə saxlayaraq onlara xüsusi qayğı ilə yanaşır, şəhid övladlarının iştirakı ilə keçirilən tədbir və layihələrə xüsusi önəm verir.