Komitə sədri Şamaxı rayonunda vətəndaşları qəbul edəcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 16 mart 2022-ci il tarixində, saat 11:00-da Şamaxı rayon Mədəniyyət Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.
Qəbulda Şamaxı və Qobustan rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.