Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “Sağlam həyat tərzini seç” adlı dəyirmi masa keçirilmişdir.

15 mart 2016

Paylaş:

Martın 15-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində Salahlı kənd məktəbinin IX sinif şagirləri ilə birlikdə “Sağlam həyat tərzini seç” adlı dəyirmi masa təşkil olunmuşdur. Masa ətrafında  siqaretin, narkotik vasitələrin, spirtli içkilərin və digər zərərli vərdişlərin insan orqanizminə, psixoloji sağlamlığına vurduğu zərbələr, yaratdığı fəsadlar, onların qarşısının alınma yolları, eləcə də yoluxucu xəstəliklər və onlardan qorunma üsulları haqqında məlumat verilmişdir. Tədbirdə sağlam həyat tərzi adlı video çarx izlənilmiş, mövzu ətrafında uşaqlarla müzakirələr aparılmış və iştirakçılara maarifləndirici çap materialları təqdim edilmişdir.