Masallı rayonunda erkən nikah faktının qarşısı alınıb

1 fevral 2022

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, 15 yaşlı qızın nişanlanması ilə bağlı yayılan məlumatı araşdırmaq məqsədilə Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına müraciət edib. 
 
Verilən məlumata görə, Komissiyasının əməkdaşları ailəni ziyarət edib və məsələ yerində araşdırılıb. Hər iki tərəflə söhbət aparılaraq məsuliyyətləri izah olunub. Hazırda Komissiya məsələni nəzarətdə saxlayır.