Dövlət Komitəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

20 yanvar 2022

Paylaş:

20 yanvar 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi 20 Yanvar hadisələrinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. 

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının məzarı üzərinə gül dəstələri düzülüb, əziz xatirəsi hörmət və ehtiramla yad edilib.