Şəhidlərimizi hörmət və ehtiramla anırıq!

20 yanvar 2022

Paylaş:

20 Yanvar Azərbaycanın istiqlal yolunun başlanğıcı, müstəqillik toxumlarının torpağa düşdüyü gündür. Bu, əsarətdə yaşayan xalqın azadlığı və suverenliyi uğrunda haqq səsini ucaldaraq, qəhrəmanlıq nümayiş etdirdiyi, milli şüurun oyandığı şərəfli bir tarixdir.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün Şəhidlərimizi hörmət və ehtiramla anırıq!