Sədr müavini Aynur Sofiyeva Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb

27 dekabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi tərəfindən həyata keçirilən tədbirlər və gələcək fəaliyyəti barədə müzakirələr aparmaq məqsədilə Dövlət Komitəsində görüş keçirilib.
Görüş zamanı Məclis üzvləri il ərzində keçirilən tədbirlər, qazandıqları uğurlar, qarşılaşdıqları problemlər barədə məlumat veriblər.
Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Uşaq Səfirlər Məclisi tərəfindən il ərzində həyata keçirilən tədbirlərdə qazanılan uğurlara, xüsusilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu zamanı Məclis üzvlərinin verdikləri töhfəyə görə onlara təşəkkürünü bildirib, növbəti il üçün nəzərdə tutulan Tədbirlər Planı istiqamətində tövsiyələrini verib.
Daha sonra sədr müavini Komitə tərəfindən həyata keçirilən tədbirlərdə aktiv iştirak edərək Məclisə yeni üzv seçilən uşaqları təbrik edib və uğur arzulayıb.
Müzakirələrlə davam edən görüşdə uşaqları maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.
Sonda xatirə şəkli çəkdirilib.