Tələbələr üçün erkən nikahlara dair debat təşkil edilib

24 dekabr 2021

Paylaş:

ADA Universiteti tələbələrinin təşəbbüsü ilə yaradılmış “Global Aid Club” tərəfindən uşaq hüquqlarının müdafiəsinə həsr olunmuş panel debatlar keçirilib.
Uşaq hüquqlarının müdafiəsi və erkən nikahların qarşısının alınması mövzusuna həsr olunmuş panel debatlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Raidə Əmirbəyova və ADA Universitetinin Tələbələrə Xidmət üzrə mütəxəssisi Günel Əsgərova çıxış edərək erkən nikahlarla mübarizə sahəsində təqdimatlar nümayiş etdiriblər.
İnteraktiv sessiyalarda keçirilən debatlar universitetin tələbələri tərəfindən maraqla qarşılanıb.