Dövlət Komitəsinin əməkdaşlarının Türkiyəyə təcrübə səfəri başa çatıb

24 dekabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının Türkiyə Spastik Çocuklar Vakfının dəvəti ilə Türkiyə Respublikasına təşkil olunan səfəri başa çatıb.
Səfər zamanı Komitə əməkdaşları ailə məsləhət mərkəzlərinin fəaliyyəti, xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim və reabilitasiya mərkəzinə qəbul qaydaları və sənədləşmə prosesi, mərkəzin xidmətlərindən istifadə edən uşaqlar və onların ailələri ilə psixoloji iş sahəsində görülən işlərlə tanış olublar.
Davranış və öyrənmə problemi olan uşaqlarla aparılan sensor inteqrasiya, su terapiyası seanslarını müşahidə edən əməkdaşlar, ailə məsləhət mərkəzlərinin mütəxəssisləri ilə fikir mübadiləsi aparıb, gələcək əməkdaşlıq və təcrübə mübadiləsi perspektivlərini müzakirə ediblər.