Bahar Muradova Milli Məclisin plenar iclasında gender bərabərliyi ilə bağlı 2020-ci il üzrə məlumatı təqdim edib
Paylaş:
Dekabrın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin 2021-ci il payız sessiyasının plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2020-ci il üzrə məlumatla çıxış edib.
“Gender bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə əsasən 2020-ci il üzrə fəaliyyətləri əhatə edən məlumat 4 əsas istiqamət üzrə təqdim edilib: Gender bərabərliyinin təmin edilməsilə bağlı dövlət siyasətinin əsas istiqamətləri; Gender bərabərliyinin təmin edilməsində dövlətin üzərinə düşən vəzifələr; Gender bərabərliyinin sahələr üzrə təmin edilməsi; Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində həyata keçirilməsi zəruri olan tədbirlər.
Məlumat dinlənildikdən sonra müzakirə edilib və səs çoxluğu ilə qəbul edilib.