Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları üçün təlimlər keçirilir

22 dekabr 2021

Paylaş:

22 dekabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları üçün “Sosial iş və sosial rifah” adlı təlimə start verilib.
Məqsəd mərkəz əməkdaşlarının müvafiq sahə üzrə bilik və bacarıqlarının artırılması, icmadan olan sakinlərə göstərilən xidmət səviyyəsinin yüksəldilməsidir.
Təlimdə sosial iş, sosial işin yaranma tarixi və inkişaf mərhələləri, sosial xidmətlər, sosial işin təşkilində əsas tələblər, sosial işçi və yardım üçün müraciət etmiş vətəndaşlarla iş, sosial rifah, mövzuları ətrafında təqdimatlar nümayiş etdirilib, diskussiyalar aparılıb.
Qeyd edək ki, təlim iki gün davam edəcək.