Dövlət Komitəsinin əməkdaşları Türkiyədə səfərdədir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının Türkiyə Spastik Çocuklar Vakfının dəvəti ilə Türkiyə Respublikasına səfəri təşkil olunub. Səfərin məqsədi xüsusi qayğıya
ehtiyacı olan uşaqlar və onların ailələri ilə sosial-psixoloji işin aparılması sahəsində Türkiyə təcrübəsinin öyrənilməsidir. Səfərin ilk günündə vakfın baş direktoru xanım Nigar Evgin, vakfın əməkdaşları və tabeliyində olan təlim və ailə məsləhət mərkəzlərinin
rəhbərləri ilə görüşlər keçirilib. Daha sonra təlim mərkəzlərinin fəaliyyəti, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla praktiki iş metodları ilə tanışlıq olub.
Komitə tərəfindən Türkiye Spastik Çocuklar Vakfına ikitərəfli və uğurlu əməkdaşlığa görə verilən təşəkkürnamə vakfın baş direktoruna təqdim olunub. Səfər çərçivəsində təlim və ailə məsləhət mərkəzlərinin fəaliyyəti ilə ətraflı tanışlığın həyata keçirilməsi və praktiki metodların öyrənilməsi nəzərdə tutulur.