Komitə sədri V Ümumrespublika Forumunun Füzuli rayonundan olan iştirakçıları ilə görüşüb
Paylaş:
Dövlət Komitəsinin sədri Bahar Muradovanın səfər çərçivəsində Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun Füzuli rayonundan olan iştirakçıları ilə görüşü baş tutub. Görüş zamanı B.Muradova forumun uşaq iştirakçılığı baxımından əhəmiyyətindən bəhs edərək, orada uşaqlar tərəfindən qəbul olunan qərarlar və qaldırılan məsələlərə önəm verildiyini və artıq bu istiqamətdə işlərə başlandığını qeyd edib.
Forumla bağlı müsbət təəssüratlarını bölüşən uşaqlar tədbirdə maraqlı müzakirələrin aparıldığını, problemlərin həlli ilə bağlı təşəbbüs və təkliflərlə çıxış etmək üçün uğurlu platforma olduğunu bildirib və belə tədbirlərin onların gələcək fəaliyyətində, inkişafında önəmli rolu olduğunu diqqətə çatdırıblar.
Uşaqlar növbəti illərdə də bu cür tədbirlərdə həvəslə iştirak edəcəklərini bildiriblər.