Uşaq və Ailələrə Dəstək Mərkəzlərində “Güvənli Gələcək” adlı sosial layihə çərçivəsində təlimlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Zaqatala, Goranboy və İsmayıllı UADM-lərdə “GİD CSR Consulting” şirkətinin təmsil etdiyi “Стоп Угроза” uşaqlar və valideynlər üçün beynəlxalq təhlükəsizlik məktəbi çərçivəsində 6 yaşdan 14 yaşa kimi olan uşaqlar üçün “5 saniyə ərzində oğrulardan necə xilas olmaq olar?” və “Bullinqə son!” mövzuları üzrə təlimlər keçirilib.
Qeyd edək ki, “PAŞA Holding” və onun sığorta müəssisəsi olan “PAŞA Sığorta”nın dəstəyi ilə reallaşdırılan layihənin başlıca məqsədi paytaxt və bölgələrdə fəaliyyət göstərən uşaq evləri, qadın və uşaq sığınacaqları, aztəminatlı ailələrin uşaqları üçün təhlükəsizlik üzrə təlimlərin həyata keçirilməsi və maarifləndirmə işlərinin aparılmasıdır.