İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə elan edilmiş müsabiqənin test imtahanı keçirildi

13 dekabr 2021

Paylaş:

13 dekabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə elan edilmiş müsabiqənin test imtahanı keçirilib.
İmtahanda 3 namizəd iştirak edib və onlardan heç biri tələb olunan keçid balını toplaya bilməyib.
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 268 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”nın 2.22-ci yarımbəndinə əsasən test imtahanı 30 sualdan ibarət olur. Qaydaların 2.24-cü yarımbəndinə əsasən test imtahanından 25 (iyirmi beş) və daha çox bal toplamış namizədlər müsabiqədə iştirakını davam etdirirlər, keçid balını toplaya bilməyən şəxslərin müsabiqədə iştirakı dayandırılır.
Növbəti müsabiqə haqqında məlumat Dövlət Komitəsinin rəsmi saytında dərc ediləcəkdir.