“Məişət zorakılığı sahəsində xidmətlərin göstərilməsi üzrə beynəlxalq standartlar” mövzusunda təlim kitabçası hazırlanıb
Paylaş:
Məişət zorakılığına qurban yönümlü yanaşma müxtəlif növ dəstək mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Buraya xüsusilə qaynar xətlər, qurbanlar üçün sığınacaqlar və hüquqi, psixoloji dəstək və məsləhət xidmətləri göstərən dəstək mərkəzləri daxildir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” Tvinninq layihəsi çərçivəsində beynəlxalq ekspertlər və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən birlikdə məişət zorakılığı sahəsində xidmətinin göstərilməsi üzrə beynəlxalq standartlara dair təlimlər keçirilir. Təlimlərin məqsədi Uşaq və Ailələrə Dəstək Mərkəzləri və yerli icra hakimiyyəti orqanları tərəfindən keyfiyyətli xidmətlərin göstərilməsini təmin etməkdir.