“Sağlam həyat tərzi və zərərli vərdişlərin insan sağlamlığına təsiri” mövzusunda növbəti onlayn tədbir keçirilib

19 noyabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin davamı olaraq, Zərdab və Sabirabad Peşə Liseyinin tələbələrinin və müəllim heyətinin iştirakı ilə “Sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin cəmiyyətə və insan sağlamlığına zərəri” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova təqdimatla çıxış edərək gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində Komitə tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərindən, sağlam həyat tərzinin vacibliyindən, insan sağlamlığına müsbət təsir edən amillərdən danışıb.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinın həkim-metodisti Ulkər Camalova “Zərərli vərdişlər və narkomaniya ilə mübarizə” adlı təqdimatla çıxış edərək, ziyanlı vərdişlərin fəsadlarından və insan sağlamlığına göstərdiyi mənfi təsirlər barədə iştirakçılara geniş məlumat verib.
Tədbir müzakirələrlə davam edib.