Təhsil naziri Emin Əmrullayev Uşaq Forumunun iştirakçıları ilə görüşüb
Paylaş:
Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna hazırlıq mərhələsində uşaqların rəsmilərlə görüşü davam edir.
15 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin Forum iştirakçılarının bir qrupu ilə görüşü keçirilib.
Görüş zamanı nazir hər bir uşağın təhsil almasının vacib olduğunu və uşaqların əsas hüququ olduğunu diqqətə çatdırıb. Cəmiyyətin inkişafında təhsilin önəmini vurğulayan E. Əmrullayev gələcəyimiz olan uşaqların dünyagörüşlərinin daim inkişaf etdirmələrinin vacibliyini qeyd edib və respublikamızda təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsipləri haqqında məlumat verib.
O, eyni zamanda uşaq iştirakçılığının inkişafı istiqamətində forumun keçirilməsini yüksək qiymətləndirib, bu kimi tədbirlərin uşaqların ictimai fəallığının, öz hüquqlarını bilməsi haqqında məlumatlılığının artırılmasına mühüm töhfə verdiyini bildirib.
Görüş çərçivəsində nazir uşaqları maraqlandıran sualları cavablandırıb və iştirakçılara uğurlar arzu edib.