Regionlarda sağlam həyat tərzi mövzusunda maarifləndirmə işi davam etdirilir

12 noyabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) regionlarda yaşayan əhali arasında sağlam həyat tərzinin təbliğ edilməsi məqsədilə mütəmadi olaraq maarifləndirmə işləri aparır.
Ağdam, Goranboy, Hacıqabul, Sabirabad, Saatlı, Zaqatala UADM-ləri tərəfindən narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, o cümlədən koronavirus pandemiyası ilə mübarizə istiqamətində maarifləndirici tədbirlər keçirilib.
Təhsil müəssiələrində əsasən şagird və tələbələrin iştirakı ilə keçirilən tədbirlərdə psixoloq və sosial işçilər tərəfindən mövzu ilə bağlı ətraflı məlumat verilib, sosial video-çarxlar nümayiş etdirilib. Maarifləndirmə işi çərçivəsində ictimai yerlərdə vətəndaşlara məlumat vərəqələri, bukletlər paylanılıb.