Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən bölgələrdə silsilə maarifləndirmə tədbirləri həyata keçirilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahələri üzrə tədbirlərin gücləndirilməsi məqsədilə insan alveri, erkən nikah, məişət zorakılığı, uşaqların təhsildən yayınması, bullinq və onun fəsadlarının qarşısının alınması istiqamətində mütəmadi olaraq maarifləndirmə işləri aparılır.
Komitənin nəzdində fəaliyyət göstərən Ağdam, Goranboy, Göygöl, Qəbələ, Saatlı, Sabirabad, Şüvəlan UADM-lərinin təşkilatçılığı ilə təhsil müəssisələrində maarifləndirici təbliğat tədbirləri təşkil olunub, mövzuya dair maarifləndirici təqdimatlar nümayiş etdirilib.
Sağlam cəmiyyətin formalaşdırılması istiqamətində mərkəzlər tərəfindən keçirilən maarifləndirici tədbirləri iştirakçılar böyük rəğbətlə qarşılayıb. Həmçinin ictimai yerlərdə vətəndaşlara bukletlər və məlumat vərəqələri paylanılıb.