Əməkdar jurnalist Qalina Mikeladze ilə görüş keçirilib

1 noyabr 2021

Paylaş:

1 noyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Əməkdar jurnalist Qalina Mikeladzeni evində ziyarət edib.
Görüş zamanı Sədaqət Qəhrəmanova Qalina Mikeladzeni 90 illik yubileyi münasibəti ilə təbrik edərək, ona möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb. O, Qalina Mikeladzeyə Azərbaycan qadınının misilsiz fəaliyyətini öz qələmində əks etdirdiyinə, jurnalistikamızın inkişafına verdiyi töhvələrə, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirakına görə Komitə adından təşəkkür edib.
Q.Mikeladze öz növbəsində jurnalistlik fəaliyyəti, yazdığı kitablar, həyat yolu, zəngin iş təcrübəsi barədə məlumat vermiş, gələcəkdə də bu istiqamətdə işlərini davam etdirəcəyini bildirib.
Daha sonra yubilyara Komitənin xatirə medalı təqdim olunub və xatirə şəkli çəkdirilib.
Görüşdə Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya da iştirak edib.