“Məişət zorakılığına YOX deyək!” adlı növbəti onlayn tədbir keçirilib

29 oktyabr 2021

Paylaş:

29 oktyabr 2021-ci il tarixində təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin davamı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin iştirakı ilə “Məişət zorakılığına YOX deyək!” adlı növbəti onlayn tədbir keçirilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov “Özümüzü məişət zorakılığından necə qorumalıyıq?” adlı təqdimatla çıxış edərək məişət zorakılığının növləri, zorakılıq qurbanlarına kömək mexanizmləri, müvafiq istiqamətdə mövcud qanunvericilik bazası barədə tələbələrə geniş məlumat verib. Eyni zamanda Dövlət Komitəsinin məişət zorakılığı ilə bağlı həyata keçirdiyi tədbirlər barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və maarifləndirici video-material nümayiş etdirilib.