“Milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda onlayn tədbirlər keçirilib
Paylaş:
2021-ci ilin 25 oktyabr tarixində Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin və 26 oktyabr tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin müəllim və tələbə heyətləri üçün “Milli-mənəvi dəyərlərin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda növbəti onlayn tədbirlər keçirilib.
Tədbirlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova çıxış edərək Ali Baş Komandanın güclü siyasətindən, müzəffər ordumuzun gücü, xalqımızın həmrəyliyi, vətənpərvər gənclərimizin şücaəti ilə qazanılan qalibiyyətimizdən qürur hissi ilə danışıb. O gənclərin tərbiyəsində, vətənpərvər ruhda formalaşmasında milli mənəvi dəyərlərin rolunun əhəmiyyətini qeyd edib.
Daha sonra G.Məmmədova təqdimatla çıxış edərək, dövlət ailə siyasətinin əsas istiqamətləri, dövlət tərəfindən ailələrə göstərilən qayğı, ailə dəyərlərimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasının vacibliyi, cəmiyyəti narahat edən ailə problemləri və onların aradan qaldırılması istiqamətində Komitə tərəfindən görülən işlər barədə iştirakçılara geniş məlumat verib.
Tədbirlərdən ümumilikdə 100 nəfərə yaxın tələbə və müəllim heyəti faydalanıb.