Qadın Resurs Mərkəzlərinin şəbəkə konfransı keçirilib

22 oktyabr 2021

Paylaş:

22 oktyabr 2021-ci il tarixində Göyçay rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə Qadın Resurs Mərkəzlərinin şəbəkə konfransı keçirilib.
Beynəlxalq və yerli təşkilatların dəstəyi ilə yaradılmış 14 Qadın Resurs Mərkəzinin təmsil olunduğu şəbəkə konfransının keçirilməsində məqsəd Mərkəzlərin işinin təkmilləşdirilməsi və onlar arasında təcrübə mübadiləsinin aparılmasıdır.
Konfransda Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, Göyçay rayon İcra Hakimiyyətinin nümayəndəsi, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) rəhbəri Səkinə Babayeva iştirak edib.
Qeyd edək ki, oktyabrın 23-də Göyçay rayonunda Resurs Mərkəzlərinin koordinatorları üçün liderlik mövzusunda təlim keçiriləcək.