Zəngilan rayonunun işğaldan azad olunmasının ildönümü münasibətilə regionlarda tədbirlər keçirilib
Paylaş:
20 oktyabr – Zəngilan rayonunun işğaldan azad olunması günü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən gənclər və yeniyetmələr arasında vətənpərvərlik mövzusunda tədbirlər keçirilib.
Ağdam, Goranboy, Göygöl, İsmayıllı, Sabirabad, Xəzər, Zaqatala, Zərdab rayonlarında yeniyetmə və gənclərin iştirakı ilə baş tutan tədbirlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin məzarları ziyarət edilib, Vətən müharibəsində şəhid olan və yaralanan hərbi qulluqçularımızın ailələrinə səfərlər edilib, onların problemləri və qayğıları ilə maraqlanılıb.