Sağlam həyat tərzinin təbliği mövzusunda onlayn tədbir keçirilib

20 oktyabr 2021

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin davamı olaraq 20 oktyabr 2021-ci il tarixində Şamaxı Dövlət Regional Kollecinin və Saatlı Peşə Liseyinin  tələbələrinin və müəllim heyətinin iştirakı ilə  “Sağlam həyat tərzi, yoxsa ziyanlı vərdişlər? Seçim sizindir” adlı onlayn tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova təqdimatla çıxış edərək gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində Dövlət Komitəsi tərəfindən  mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərindən danışıb. 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin  həkim-metodisti Ülkər Camalova  çıxış edərək ziyanlı vərdişlərin fəsadlarından  və  insan sağlamlığına göstərdiyi mənfi təsirlər barədə iştirakçılara geniş məlumat verib.

Tədbirin sonunda mövzuya aid maarifləndirici video-material nümayiş etdirilib.