Bakı Slavyan Universitetinin tələbələri üçün “Məişət zorakılığına YOX deyək!” adlı tədbir keçirilib

19 oktyabr 2021

Paylaş:

19 oktyabr 2021-ci il tarixində Bakı Slavyan Universitetinin tələbələrinin iştirakı ilə “Məişət zorakılığına YOX deyək!” adlı onlayn tədbir keçirilib. Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə mövzusunda keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin əməkdaşları Rafiq Mahmudov və Səmra Əliyeva çıxış edib.

Tədbirdə məişət zorakılığı haqqında, zorakılığın növləri, zorakılıq qurbanlarına kömək mexanizmləri, müvafiq istiqamətdə mövcud qanunvericilik bazası barədə tələbələrə geniş məlumat verilib. Eyni zamanda Dövlət Komitəsinin məişət zorakılığı ilə bağlı həyata keçirdiyi tədbirlər barədə iştirakçılar məlumatlandırılıb.

Tədbirdə “Özümüzü məişət zorakılığından necə qorumalıyıq?” adlı təqdimat və “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Affekt” filmi nümayiş edilib.

Tədbir müzakirələrlə davam edib.