Beynəlxalq Kənd Qadınları Günü münasibəti ilə konfrans keçirilib

15 oktyabr 2021

Paylaş:

15 oktyabr – Beynəlxalq Kənd Qadınları Günü münasibəti ilə USAID, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Kənd Təsərrüfatı sahəsində Qadınların İqtisadi Gücləndirilməsi” mövzusunda konfrans keçirilib.

Konfransa qatılan 50-dən çox iştirakçı kənd qadın təşkilatları və qeyri-rəsmi qruplar arasında təcrübə mübadiləsi aparılıb, kənd qadınlarının iqtisadi dayanıqlığını artırmaq üçün dövlət və özəl sektorlar arasındakı əməkdaşlıq məsələləri müzakirə edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva konfransda çıxış edərək, Komitə tərəfindən kənd qadınlarının iqtisadi fəallığının artırılması, onların öz biznesinə başlaması üçün lazım olan dəstəyin göstərilməsi sahəsində görülən işlər barəsində məlumat verib. C. Rəhmətullayeva qeyd edib ki, qadının ailədə maddi asılılığının olmaması həmin ailədə məişət zorakılığının da aradan qaldırılmasına səbəb olur.

Yekunda Azərbaycan Kənd Qadınları Assosiasiyasının üzvü olan və fəaliyyətlərində uğur qazanan kənd qadınları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sertifikatlarla təltif ediliblər.