“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda təlim keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq əməyinin istismarı hallarının aşkar edilməsi və bu halların qarşısının alınması istiqamətində qurumlararası işin təşkili məqsədilə 14-15 oktyabr 2021-ci il tarixində “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda təlim keçirilib.
Təlim Səbail, Nəsimi, Qaradağ, Nərimanov, Binəqədi və Yasamal rayon İcra Hakimiyyətləri, polis orqanlarının Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin əməkdaşları və rayon Polis İdarələrinin Post Patrul Xidməti əməkdaşları üçün keçirilib.
Komitənin Uşaq problemləri şöbəsinin əməkdaşları Şəbnəm Əlizadə, Könül Tağızadə və Həsən Əliyev “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin rəhbəri Kəmalə Aşumova və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Siyasəti şöbəsinin əməkdaşı Fəridə Hacıyeva ekspert qismində çıxış edərək, iştirakçılara uşaq əməyinin qarşısının alınması, onların məcburi əməyə cəlb olunması zamanı həyata keçiriləcək tədbirlər və eyni zamanda işin profilaktikası istiqamətində məlumatlar veriblər.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.