Dövlət Komitəsinin açıqlaması
Paylaş:
Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 16 yaşlı A.E yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar etməsi ilə bağlı məlumat yayılıb.
Dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Qaradağ rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası ilə əlaqə saxlanılıb.
Komissiyadan Dövlət Komitəsinə verilən məlumata görə 16 yaşlı A.E əslən Yardımlı rayonundandır və Müşfiqabad qəsəbəsində valideynləri ilə birgə kirayənişin kimi yaşayırmış. İlkin ehtimala görə intihar ailə münaqişəsi zəminində baş verib.
Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.