“Ailə planlaşdırılması, reproduktiv sağlamlıq” mövzusunda növbəti tədbir keçirilib

11 oktyabr 2021

Paylaş:

11  oktyabr 2021-ci il tarixində Ağdam Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təhsil müəssisələrində yeniyetmə və gənclərin sağlam həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması məqsədilə keçirilən maarifləndirmə tədbirlərinin davamı olaraq “11 oktyabr-Beynəlxalq Qızlar Günü”nə həsr olunmuş “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda Dövlət Sosial İqtisadi Kolleci və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin 50 nəfər müəllim və tələbə heyəti üçün onlayn tədbir keçirilib.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva 11 oktyabr tarixinin erməni silahlı qüvvələrinin Gəncə şəhərinin dinc sakinlərini hədəfə alaraq üçüncü dəfə onlara qarşı törətdiyi terror hadisələrinin il dönümü olduğunu qeyd edərək onların heç vaxt unudulmuyacağını vurğulayıb.

Daha sonra K.Əliyeva qadın hüquqlarının müdafiəsinin, ana və uşaqların sağlamlığının mühafizəsinin daha da gücləndirilməsinin, yeniyetmə və gənclərin sağlam nəsil kimi yetişməsinin dövlətin daim diqqətində olduğunu bildirib, ölkəmizdə bu istiqamətdə qəbul edilən qanunlar, dövlət proqramları, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. K.Əliyeva “Ailə planlaşdırılması, Reproduktiv sağlamlıq” adlı təqdimatla tədbir iştirakçılarına ailə planlaşdırılmasının üstünlüklərindən, reproduktiv sağlamlığın qorunmasına dair ümumi tövsiyələrdən ətraflı danışıb.

Daha sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova yeniyetmə və gənclərdə reproduktiv sağlamlıqla bağlı yaşanan problemlərdən danışaraq, tələbələrə gənc yaşlarından səhhətlərinə diqqət etmələrini  tövsiyə edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.