Dövlət Miqrasiya Xidməti ilə birgə “Milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

8 oktyabr 2021

Paylaş:

8 oktyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz” mövzusunda onlayn tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova çıxış edib.

Tədbirin əvvəlində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması yolunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, 2-ci Qarabağ müharibəsi nəticəsində xalqımızın birliyinin, cəsarətindən bəhs edilib.

Daha sonra G.Məmmədova dövlət ailə siyasətinin əsas istiqamətləri, dövlət tərəfindən ailələrə göstərilən qayğı, milli-mənəvi eləcə də ailə dəyərlərimizin qorunmasının vacibliyi, gənclərin vətənpərvərlik ruhda tərbiyə olunması, ailələri narahat edən problemlər və onların aradan qaldırılması istiqamətində Komitə tərəfindən görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbir müzakirələrlə davam edib.