Hadrut qələbəsindən bir il ötür
Paylaş:
Hadrut qələbəsi 44 günlük Vətən müharibəsinin dönüş nöqtəsi sayılır. Hadrutun işğaldan azad edilməsi ilə Şuşaya gedən yol açıldı, Vətən müharibəsinin taleyi müəyyən olundu.
Ali Baş Komandan Prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan Ordusunun uğurla həyata keçirdiyi, mühüm hərbi-strateji əhəmiyyəti olan Hadrut əməliyyatı hazırda müxtəlif ölkələrin aparıcı elmi mərkəzlərində yaxından öyrənilir.
9 oktyabr Hadrut qələbəsi həm də ona görə önəmlidir ki, bununla düşmənin müdafiə əzmi və iradəsi qırıldı, Ermənistan rəhbərliyi artıq məğlub olduğunu dərk etdi. Bu baxımdan, Prezident İlham Əliyevin Hadrutda Azərbaycan bayrağını qaldırması böyük rəmzi məna daşıyırdı və böyük Zəfərin müjdəçisi idi.