Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar regionlarda vətənpərvərlik mövzusunda tədbirlər davam etdirilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyət göstərdiyi rayonlarda yerli idarə, təşkilat, müəssisə və qeyri-hökumət təşkilatlarının birgə təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda tədbirlər həyata keçirilir, şəhid və qazi ailələrinin evlərinə ziyarətlər davam etdirilir.
Sabirabad rayon Heydər Əliyev Mərkəzində Sabirabad UADM, rayon Heydər Əliyev Mərkəzi və Qadın Resurs Mərkəzinin təşkilatçılığı ilə gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində işlərin gücləndirilməsi məqsədilə “Torpaq, əgər uğrunda ölən varsa vətəndir!” adlı tədbir təşkil olunub.
Həmçinin anım günlərində Saatlı UADM da Cəbrayıl rayonu Tatar kənd tam orta məktəbi ilə birgə “Qarabağ Azərbaycandır” adlı tədbir təşkil edib.
Tədbirlərdə şəhid olmuş qəhrəmanlarımızın valideynləri, qazilər, hərbiçilər, məcburi köçkünlər, məktəblilər iştirak ediblər.
Tədbir zamanı torpaqlarımızın işğal tarixindən və bu həsrətə son qoyan müzəffər ordumuzdan söhbət açılıb, gənclərin maraqlı fikirləri, şəhid analarının və hərbiçilərin döyüş yoldaşları haqqında xatirələri dinlənilib, həmçinin məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.