4 oktyabr Cəbrayılın işğaldan azad olunduğu gündür

4 oktyabr 2021

Paylaş:

Vətən müharibəsinin başladığı ilk günlərdən “Dəmir yumruq” əməliyyatını uğurla həyata keçirən Azərbaycan Ordusunun rəşadəti sayəsində hər gün cəbhədən qələbə xəbərləri alırdıq.
Cəbrayıl 44 günlük müharibədə işğaldan azad edilən ilk rayon oldu və bu xəbəri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan etdi.
Artıq bir ildir ki, Cəbrayıl azaddır və bu gün işğaldan azad olunan bütün şəhər və rayonlarımızda olduğu kimi orada da quruculuq işləri aparılır.