Dövlət Komitəsinin vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elanı
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir:
- Xarici əlaqələr və protokol xidməti şöbəsi, şöbə müdiri
https://eservices.dim.gov.az/DQQ/Elan/DxMshVezElanDetails?ElanID=474&TeshKodu=227&VakKodu=32800
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak edə bilərlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti;
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 30 sentyabr 2021-ci il tarixindən 19 oktyabr 2021-ci il saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Müsahibə zamanı namizədliyini irəli sürən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, qiymətləndirmənin nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kadr və kargüzarlıq şöbəsinə müraciət edilə bilər.
Telefon: 012-498-00-92