Məişət zorakılığı ilə mübarizə sahəsində birgə təlimlərin keçirilməsinə start verilib

27 sentyabr 2021

Paylaş:

27 sentyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində məişət zorakılığı ilə mübarizə sahəsində, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış sahəsində təlimlərin keçirilməsinə başlanılıb.

Litva və Avstriyadan olan ekspertlər tərəfindən aparılan təlimlər “Təlimçilərin təlimi” konsepsiyası üzrə təşkil olunur. Təlimlərdə polis əməkdaşları, eləcə də Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının üzvləri iştirak edir.

Təlimlərin əsas mövzusu Tvinninq layihəsinin ekspertləri tərəfinən qabaqcıl Avropa təcrübəsinə uyğun olaraq işlənib hazırlanmış məişət zorakılığı göstəriciləri və risk qiymətləndirmə meyarlarıdır. Bu meyarlar sözügedən qurumlara məişət zorakılığından zərərçəkmiş şəxslərə yardımın göstəriməsi və zərəryetirənlərlə işin aparılması sahəsində görülən tədbirləri strukturlaşdırmağa və prioritetləşdirməyə, eləcə də görülmüş tədbirlər barədə hesabatlılığın və şəffaflığın artırılmasına imkan yaradacaq.

Təlimlər 1 oktyabr tarixinədək davam edəcək.