Anım günü ilə bağlı İsmayıllı rayonunda yaşayan şəhid ailələrinin Bakıya səfəri təşkil olunub

24 sentyabr 2021

Paylaş:

24 sentyabr 2021-ci il tarixində İsmayıllı rayonunda yaşayan şəhid analarının müraciətinə əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 50 şəhid ailəsinin Bakıya səfəri təşkil olunub.
Şəhid ailələri öncə Böyük Zəfərin təməlini qoyan Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Səfər Şəhidlər Xiyabanını, Türk şəhidliyi abidəsini və daha sonra Vətən müharibəsində canlarından keçən igid övladlarımızın məzarını ziyarət ilə davam edib.
Övladlarının ələ keçirdikləri qənimətləri görmək arzusunda olan analar Qənimətlər Parkına ziyarət zamanı qürur və fəxarət hissləri yaşayıblar.
Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən hər bir qəhrəmanımızı öz övladı kimi görən bütün Azərbaycan anaları kimi şəhid anaları da bu müqəddəs yerləri ziyarət etdikcə hüzn, kədər və minnətdarlıq duyurdular.
Canları bahasına Qarabağı ədalətinə, həqiqi sahiblərinə qaytaran ölməz qəhrəmanlarmızın xatirəsi əbədi yaşayacaq və misilsiz şücaətləri ilə gələcək nəsillərə hər zaman nümunə olacaqdır.