“Uşaq hüquqlarının qorunması” adlı təlimlər davam etdirilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində uşaq və yeniyetmələrin uşaq hüquqları sahəsində maarifləndirilməsi və asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən “Uşaq hüquqlarının qorunması” adlı təlimlər davam etdirilir.
Növbəti təlimlər Şüvəlan UADM-in əməkdaşları - psixoloq Mətanət Abdullayeva və Ləman Bayramlı, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova tərəfindən keçirilib.
Təlimlər çərçivəsində Vətən müharibəsi iştirakçıları - Murad Əfəndiyev, Ceyhun Ağayev və Fərrux Əliyevin uşaqlarla görüşü isə xüsusilə yaddaqalan olub. Qəhrəmanlarımız döyüş xatirələrini uşaqlarla bölüşüb, onların suallarını cavablandırıblar.
Qeyd edək ki, təlimlərdə şəhid, qazi və xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları və mərkəzin könüllüləri iştirak edirlər.