“Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi

30 aprel 2015

Paylaş:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan xalqının Ümumilli Lideri, müasir dövrün görkəmli siyasi xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi elan edir.

Müsabiqədə yaşı 35-ə qədər olan gənc jurnalistlər iştirak edə bilər.

  Müsabiqədə iştirak etmək istəyənlər 30 aprel 2014-cü il tarixinə qədər məqalələrini və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, işlədiyi yer) gender221@yahoo.com elektron ünvanına göndərə bilərlər.

Müsabiqəyə təqdim olunacaq məqalələr arial  şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır.

 Müsabiqənin qalibləri mükafatlandırılacaqdır.